BANK

“Zaminbank”ın kreditorlarına 2 ay vaxt verildi
05 OKTYABR
373

“Zaminbank”ın kreditorlarına 2 ay vaxt verildi

2016-10-05 09:46:00

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) qarşıdakı 2 ay ərzində “Zaminbank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.

- Kreditorun adı, ünvanı;

- Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər”. Əlavə məlumat almaq üçün Bülbül prospekti 40, 4-cü mərtəb əyə müraciət edə bilərlər.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il sentyabrın 19-də verdiyi qərarla “Zaminbank”ın fəaliyyəti dayandırılıb. Bankın ləğvedicisi isə ƏSF-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275