BANK

Problemli kreditlər rekord həddə çatıb
04 OKTYABR
932

Problemli kreditlər rekord həddə çatıb

2016-10-04 18:06:00

2016-cı Avqust ayının sonuna banklarda problemli kreditlərin həcmi 1 milyard 592,9 milyon manat təşkil edib. Bu, cəmi 16 milyard 839,7 milyon manat olan cəmi kredit qoyuluşlarının 9,5%-nə bərabərdir.

Mərkəzi Bankın məlumatına görə problemli kreditlər İyul ayının sonu ilə müqayisədə 88,5 milyon manat artıb. İyulun sonunda problemli kreditlər 1 milyard504,4 milyon manat idi.

2015-ci ilin əvvəlində problemli kreditlərin həcmi təxminən 1 milyard manat idi (976,3 milyon manat). Ötən müddət ərzində problemli kreditlərin həcmi 600 milyon manatdan çox artıb. Artımın 278 milyon manatı 2016-cı ilin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275