BANK

"Finex Kredit" istiqrazlarını geri çağırıb – GƏLİRLİYİ AZALDACAQ
04 OKTYABR 2016
353

"Finex Kredit" istiqrazlarını geri çağırıb – GƏLİRLİYİ AZALDACAQ

2016-10-04 14:58:00

"Finex Kredit" bank olmayan qeyri-təşkilatı dollarla olan istiqrazlarını vaxtından əvvəl dövriyyədən çıxarıb. Bu barədə fins.az-a şirkətdən bildirilib. Qeyd edək ki, adı çəkilən istiqrazlar 2015-ci ildə iki partiyada - 400 min dollar və 450 min dollar olmaqla buraxılmışdı, onların illik gəlirliyi isə 14% təşkil edirdi. İstiqrazlar 3 illik müddətə buraxılmışdı və onların müddəti 2018-ci ildə başa çatırdı.

Amma şirkət bu müddətin bitməsini gözləməyərək istiqrazları vaxtından əvvəl geri çağırıb. Şirkətdən fins.az-a bildirilib ki, bu qərar bazar konyukturasını və mövcud vəziyyəti nəzərə alaraq verilib. Şirkətdən o da bildirilib ki, istiqraza sahibi olan mştərilərin böyük əksəriyyəti şirkətin qərarına etiraz etməyib: «Biz bu məsələni onlarla müzakirə etdik və onlar razılaşdılar».

Əvəzində şirkət yeni istiqraz partiyası buraxmaq barədə qərar qəbul edib. Artıq bununla bağlı emissiya prospekti BFB-da qeydiyyata alınıb. İstiqrazlar iki partiyada buraxılacaq. Birinci partiyanın həcmi 450 500 dollar, illik gəlirliyi 9%, ikinci partiya isə 109 min dollar olmaqla illik gəlirliyi 14% olacaq. İstiqrazların hər ikisi 3 il müddətinə buraxılacaq və BFB-da qapalı üsulla yerləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8425
  • ₽ RUB
    0.0297