BANK

Kartı blokdan çıxarmaq pulludurmu?
04 OKTYABR
318

Kartı blokdan çıxarmaq pulludurmu?

2016-10-04 14:21:00

Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan - özünəməxsus "elektron pul"dur.

Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur.Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır.

Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması üçün plastik kart məxfi PİN-kodla qorunur, plastik kartın itirildiyi və ya oğurlandığı hallarda hesabdakı vəsait olduğu həcmdə qalır.

PIN-kod (PIN code) – plastik kartlar vasitəsilə bankomatlardan nağd vəsaitlərin çıxarılması zamanı hesaba giriş üçün parol kimi istifadə edilən rəqəmlər yığınıdır.

Bu Pin-kodlar müştərilər tərəfindən unudulmamalıdır. Çünki, daimi olaraq kartdakı vəsaiti nağdlaşdıran zaman bu kod ATM-ə (bankomata) daxil edilir.

Bank tərəfindən plastik kart müştəriyə təqdim olunan zaman karta görə xüsusi Pin-kod təyin olunur. Bu kodun məxfiliyi qorunur. Bunun üçün kod bankın sistemindən silinir və qeydiyyatda qalmır.

Bəzən isə plastik kart sahibləri Pin-kodu unudurlar və ya yanlışlıqda dəfələrlə (3 dəfə) yanlış kodu daxil edirlər. Bu da, kartın bloka düşməsi ilə nəticələnir.

Bəs bu zaman nə etmək lazımdır?

Əgər parolu xatırlayırsınızsa bu, sizin üçün üstünlükdür.

Çünki, heç bir bank buraxdığı plastik kartın Pin-kodunu bilmir. Bank tərəfindən plastik kart müştəriyə təqdim olunan zaman karta görə xüsusi Pin-kod təyin olunur amma bu kodun məxfiliyi qorunur. Belə ki, kod bankın sistemindən silinir və qeydiyyatda qalmır.

Əgər Pin-kodu tamamilə unutmusunuzsa bu zaman yeni bir kart və ya Pin-kod sifariş etməlisiniz. Çünki bank da bu kodu sizə deyə bilməyəcək.

Əgər bloka düşmüş kartın parolunu xatırlayırsınızsa bu zaman işiniz asanlaşacaq. Siz plastik kartını əldə etdiyiniz bankdan asılı olaraq ya filiala yaxınlaşmaqla, ya da sadəcə banka zəng vurmaqla kartınızı yenidən aktivləşdirə bilərsiniz.

Bu xidmət bəzi banklarda pulsuz olsa da, bəzi banklarda bunun üçün müəyyən bir xidmət haqqı tələb olunur.

Biz də, Banco.az olaraq bankların bu xidmət üçün tələb etdiyi haqqı araşdırdıq.

Aşağıdakı cədvəldən plastik kartına sahib olduğunuz bankın, kartın bloka düşməsi hallarında, yenidən aktivləşdirmə üçün tələb etdiyi xidmət haqqını öyrənə bilərsiniz:

Bank

Xidmət haqqı

AFB Bank

Pulsuz

Atabank

Pulsuz

Azər Türk Bank

Pulsuz

Bank BTB

Pulsuz

Bank Silk Way

Pulsuz

Beynəlxalq Bank

Pulsuz  

Caspian Development

Bank

Pulsuz

Expressbank

Pulsuz

 

Muğanbank

Pulsuz

NBC Bank

Pulsuz

Nikoil Bank

Pulsuz

Paşa Bank

Pulsuz

Rabitəbank

Pulsuz

Turanbank

Pulsuz

Unibank

Pulsuz

Yapı Kredi Bank Azərbaycan

Pulsuz

 

AccessBank

2 AZN

AGBank

2 AZN

Amrahbank

1 AZN

Bank of Baku

Dost klubu kartı 

5 AZN

Digər kartlar 

Pulsuz

Bank Respublika

Bank tərəfindən təyin olunan pin kod 

2 AZN

Müştəri tərəfindən Pos Terminallar vasitəsilə təyin olunan pin kod 

5 AZN 

Dəmirbank

1 AZN

Kapital Bank

2 AZN

VTB Bank Azərbaycan

2 AZN

Xalq Bank

2 AZN

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275