BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
04 OKTYABR
1158

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2016-10-04 12:13:00

Oktyabr ayının 4-də Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar  “Bank BTB”dir. Fins.az xəbər verir ki, bu bank Amerika valyutasını 1.6060 manata alır.

Dollar qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank  isə  “Yapı Kredi Bank” dır.Bu bankda alış qiyməti 1.5494 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə“Bank BTB” və “Günaybank”dadır. Bu banklar dolları 1.6200 manata satır.Dolların ən yüksək satış qiyməti isə 1.6784 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.

Avro qiymətləri 

Avronu ən baha  “Bank BTB”  alır–1.7930 manat.Avronun ən ucuz götürüldüyü banklar  isə “Yapı Kredi Bank ”dır-1.7300 manat.Avronu ən ucuz “Dəmirbank”satır-1.8150 manat. Avronun ən baha satış qiyməti 1.8800 manat təşkil edir.“Azərpoçt”  avronu  bu məzənnə ilə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270