BANK

Fond AMB-dən aldığı kreditin birinci tranşını qaytarmaq üzrədir
04 OKTYABR
254

Fond AMB-dən aldığı kreditin birinci tranşını qaytarmaq üzrədir

2016-10-04 11:53:00

Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan götürdüyü kreditin birinci tranşını artıq qaytarmaq üzrədir. Fins.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu tranş üzrə ayrılan 22 mln. manatın qaytarılması prosesi fevral ayında tamamlanacaq. "Bu kredit 5% dərəcəsi ilə götürülmüşdü. Hər ay 4 milyon manata yaxın kredit qaytarmışıq. İkinci tranş 100 mln. manat idi, 4 il müddətinə 7% dərəcəsi ilə ayrılmışdı", - deyə A. Cavadov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272