BANK

Dövlət "Bank Standard"ı sistemə qaytarmağa çalışdı, mümkün olmadı – RƏSMİ MÜNASİBƏT
04 OKTYABR
526

Dövlət "Bank Standard"ı sistemə qaytarmağa çalışdı, mümkün olmadı – RƏSMİ MÜNASİBƏT

2016-10-04 11:39:00

"Bank Standard" QSC-də sığorta hadisəsi baş verib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, bu gün həm də Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" QSC-nin ləğvedicisi təyin olunub: "Bununla da biz həm sığorta ödənişləri ilə məşğul olacağıq, həm də bankın ləğvedicisi kimi fəaliyyət göstərəcəyik. Dövlət çalışdı ki, sağlamlaşdırma tədbirləri ilə bankı sistemə qaytarsın, lakin bu, mümkün olmadı. Bankı müflis etməklə daha az itkiyə məruz qalınmasına qərar verildi".

A. Cavadov əlavə edib ki, Fondun Mərkəzi Bankdan borc olaraq alacağı 460 mln. manat kredit 10 illik müddətə 0,15% borclanma dərəcəsi ilə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274