BANK

“Bəzi banklar əhalinin əmanətlərini qeydiyyata salmır”
03 OKTYABR
708

“Bəzi banklar əhalinin əmanətlərini qeydiyyata salmır”

2016-10-03 14:43:00

Aparılan yoxlamalar göstərir ki, bəzi banklar əhalidən qəbul etdikləri əmanətləri rəsmi şəkildə qeydiyyata salmayıblar. Bunu hüquqşunas Ərşad Hüseynov bildirib.

“Bankların əmanətləri qaytarmaması halı ilə çox rastlaşmışam. Hüquqlarını təmsil etdiyim şəxslə banka gedib onlar ilə söhbətlər aparmışıq. Bankdan bildiriblər ki, “narahat olmayın pulunuz ödəniləcəkdir”.  Biz isə rəsmi sənəd istəmişik.  Deyirik ki, “Pulun filan tarixdə ödəniləcəyinin göstərildiyi bir rəsmi sənəd verin”. Amma banklar rəsmi sənəd verməkdən yayınırlar. Bankların belə yayınmaları bizdə şübhə doğurur. Bəzi banklarda aparılmış yoxlamalar zamanı, bir çox vətəndaşın əmanətinin reyesterdən keçirdilmədiyi üzə çıxıb. Əmanət müqaviləsi bağlanılıb, sadəcə reyesterdən keçirməyiblər. Düzdür banklar “biz ödəməyəcəyik” demirlər, amma rəsmi sənəd də vermirlər.  

Əgər bank rəsmi sənəd versə, vətəndaş gedib evində gözləyər.  Bizdə baxarıq, əgər bank rəsmi sənəddəki vaxtda əmanəti qaytarmasa məhkəməyə müraciət edərik. Bu sahədə böyük problemlər var. Vətəndaşlar incidildiyindən onların banklara etibarları azalıb. İndi heç kəs banka pul qoymaq istəmir. Çünki əvvəllər bəzi banklara pul qoymuş müştərilər pullarını ala bilmirlər”,- hüquqşunas bildirib. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274