BANK

«Məlumat ver, məlumat al» - KREDİT BÜROSU NECƏ İŞLƏYƏCƏK?
03 OKTYABR
364

«Məlumat ver, məlumat al» - KREDİT BÜROSU NECƏ İŞLƏYƏCƏK?

2016-10-03 13:54:00

Azərbaycanda ilk kredit bürosunun yaradılması üzrə işlər və onun iş prinspi açıqlanacaq. Kredit bürolarının yaradılması ilə məşğul olan icra komitəsində 15 təşkilat təmsil olunur. Bu barədə fins.az-a krelit bürosunun yaradılması layhihəsinə dəstək verən Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) nümayəndəsi Teymur Heybətov bildirib.

Qeyd edək ki, hazırda kredit bürosunun gələcək səhmlarları qrupuna 12 bank və 1 kredit təşkilatı daxildir. Bunlar «Kapital bank», «Bank of Baku», «Aksesbank», «Uunibank», «Paşabank», «Bank Respublika», «Yapı kredi bank», «Muğanbank», «Turanbank», «ASB», «AGBank», «Ekspress bank» və «TBC kredit» bank olmayan kredit təşkilatıdır. BMK-dan bildirilib ki, hazırda əlavə banklar və BOKTlarla da danışıqlar aparılır: «Ümumilikdə layihəyə investor kimi 15-17 maliyyə təşkilatının qoşulması nəzərdə tutulur».

Kredit bürosunun yaradılması üçün tələb olunan ümumi investisiya 2,2-2,6 milyon avro arasındadır. Layihənin texniki partnyoru bu sahədə effektiv fəaliyyəti ilə tanınan İslandiyanın «Kreidit info» şirkətidir.


İstənilən bank məlumat ala biləcək

T.Heybətovun sözlərinə görə, sadalanan təşkilatlar müştəri sayı baxımından bazarın 75%-ni əhatə edirlər. «Amma bu təşkilatlar Kredit Bürosu layihəsinə investor kimi cəlb olunanlardır, büronun məlumatlarından isə təkcə bunlar yox, bazarın bütün iştirakçıları istifadə edə biləcəklər».

Başqa sözlə, büronun yaradılmasına vəsait ayıranlar onun təsisçiləri və payçıları olacaqlar. Büronun məlumatlarından istifadə isə ümumi qaydalarla bütün təkşkilatlara şamil ediləcəklər: «Yəni digər banklar, kredit təşkilatları və digər qurumlar da müəyyən ödəniş etməklə büronun məlumatlarından istifadə edəcəklər».


Kredit bürosu Kredit Reyestrindən nə ilə fərqlənəcək?

Qeyd edək ki, kredit bürosu Azərbaycanda ilk dəfə yaradılacaq, amma indiyədək ölkəmizdə Mərkəzləşmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Bu reyestrin məlumatlarından banklar və kredit təşkilatları istifadə edirlər.
T.Heybətovun sözlərinə görə, əsas fərq odur ki, kredit reyestrində müştərinin yalnız bank və BOKT-larla bağlı kredit məlumatları olduğu halda, kredit bürosunda onun bütün maliyyə həyatı ilə bağlı məlumatlar toplanacaq. Məsələn, burada lizinq şirkətlərinin də məlumatı olacaq, yəni müştərinin hər hansı lizinq şirkəti ilə müqaviləsi görünəcək.


«Sürpriz müştəri»yə çarə tapılacaq

Qeyd edək ki, hazırda kredit təşkilatlarının öz müştərilərini qiymətləndirmək üçün əsas çətinliklərdən biri ilkin müştərilərlə bağlıdır. Banka ilk dəfə müraciət edən müştəri barədə reyestrdə heç bir məlumat olmadığına görə, banklar onun ödəniş qabiliyyətini və iqtisadi vəziyyətini dəqiqləşdirməyə çətinlik çəkirlər. Bu isə əlavə risklərin yaranmasına səbəb olur. Kredit reyestrində yalnız banklardan gələn məlumatlar toplandığına görə, belə müştərilər barədə məlumat görünmür.

Krelit bürosunda isə vəziyyət fərqlidir. Burada təkcə banklardan deyil, digər təşkilatlardan da məlumatlar toplanacaq. Məsələn. kredit bürosunda nisyə və kreditə mal satışı ilə məşğul olan ticarət məntəqələrinin, mobil operatorların notariusların, kommunal xidmət göstərən şirkətlərin, məhkəmələrin və sö təşkilatların müştəri ilə bağlı məluatları toplanacaq. Bu imkan verəcək ki, banklar hər hansı müştərinin kommunal. Mobil xidmətlər, cərimə və sair ödənişlərindən xəbər tutaraq onun ödəniş qabiliyyətini dəqiq qiymətləndirsinlər: «Məsələn, məhkəmələrdən gələn məlumatda müəyyən olunacaq ki, hər hansı şəxsin cəriməsi, məcburi ödənişi, ümumiyyətlə hər hansı maliyyə öhdəliyi varmı?».
Başqa sözlə, təkcə bank və kredit təşkilatlarının məlumatlarını yığan kredit reyestrindən fərqli olaraq kredit bürosuna minlərlə mənbədən məlumatlar toplanacaq.

«Məlumat almaq üçün məlumat verməlisən»

Kredit bürosu bütün dünyada bununla bağlı müəyyən olunmuş praktika ilə işləyəcək. Belə ki, krelit bürosundan məlumat almaq istçəyən şirkət öz müştəriləri barədə məlumatı büroya təqdim etməli olacaq: «Bu sistem belə işləyir – özündəki məlumat bazasının bölüşürsən ki, başqalarının da məlumatlarından xəbərdar olasan. Əks halda bu sistem işləmir». Kredit bürosunun məluatlarından istifadə etmək isə ödənişli olcaq. Yəni məlumatlarını kredit bürosuna ötürən şirkətlər də büronun məlumatlarından pulla istifadə edəcək. Ödənişin məbləği isə təşkilatın sorğularının sayından asılı olacaq.

Kredit bürosunun yaradılması ilə paralel olaraq büronun fəaliyyətini tənzimləyən qanunvericilik bazası da sürətlə formalaşdırılır. Hazırda Milli Məclisdə «Kredit büroları haqqında» qanun layihəsi müzakirə edilir. Layihə 1-ci oxunuşdan keçib, hazırda 2-ci oxunuşdan keçməsi gözlənilir. Qanun təsdiqlənəndən sonra büronun yaradılması üçün texniki işlər təqribən 6 aya başa çatacaq və büro öz müştərilərinə xidmət göstərməyə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272