BANK

Daha bir bank dollar satışına limiti götürdü
03 OKTYABR
886

Daha bir bank dollar satışına limiti götürdü

2016-10-03 12:59:00

Oktyabr ayının 3-dən, yəni bu gündən etibarən daha bir bank xarici valyuta satışına qoyulan limiti aradan qaldırıb. Söhbət Pakistan Milli Bankının Bakı filialından gedir. Bankdan fins.az-a verilən məlumata görə, dollar satışı limitsiz olaraq həyata keçirilir. Bankda avro satışı isə yoxdur.Bununla da , ölkədə limitsiz dollar satan bankların sayı 24-ə çatıb.

Qeyd edək ki, bank sentyabr ayının 20-dən etibarən dollar satışı 300 dollar limitlə bərpa etmişdi. Sentyabrın 21-dən etibarən isə  xarici valyuta satışa limiti 500 dollara kimi artırmışdı.

Hazırda bank dolların alışını 1.5800 manat, satışı isə 1.6490  manat məzənnəsi ilə aparır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275