BANK

İpoteka krediti dörd aydır ki, heç kimə verilmir
01 OKTYABR 2016
720

İpoteka krediti dörd aydır ki, heç kimə verilmir

2016-10-01 10:04:00

«Azərbaycan İpoteka Fondu» ASC 2016-ci ilin sentyabr ayınn yekunu üzrə göstəricilərini açıqlayıb. Fins.az-ın məlumatına görə, iyun-avqust aylarında olduğu kimi, sentyabr ayında da ipoteka kreditləşməsi tamamilə dayanıb.

Nəticədə oktyabr ayının 1-ə ölkədə verilən ümumi məbləği 730 802,4 min manat olan 17 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin sayı 17 925, ümumi məbləği isə 729 737,5 min manat idi.

Başqa sözlə, ilk yarım ildə ölkədə cəmi 72 ipoteka krediti verilib. Ümumilikdə bu il ərzində ipoteka kreditlərinin sayı kəskin azalıb. Belə ki, may ayında ümumi məbləği 100 min manat olan 2 ipoteka krediti, apreldə isə ümumi məbləği 93 min manat olan iki ipoteka krediti verilib.

Müqayisə üçün bildirək ki, ötən il iki devalvasiyaya baxmayaraq, ümumi məbləği 97 274 min manat olan 2146 ipoteka krediti verilmişdi. 2014-cü ildə isə 99 927,7 min manat məbləğində 2 275 ipoteka krediti verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295