BANK

BANK STANDARDdakı əmanətlərin yarısı dollarladır 
30 SENTYABR
1189

BANK STANDARDdakı əmanətlərin yarısı dollarladır 

2016-09-30 19:42:00

 Bank Standardda hazırda 520 milyon əmanət var. Bunun 260 milyonu xarici valyutadadır, xüsusən də dollarla ifadə olunur. Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, əmanətlərdən 460 milyonu qorunan əmanətlərdir və bu qədər böyük vəsaitin birdən qaytarılması ölkədə manat kütləsinə təzqiyi artıra bilər. Bu səbəbdən də vəsaitin Əmanətlərin Sığortalanması Fondu vasitəsilə mərhələli şəkildə və mümkün hallarda konvertasiya olunmaqla qaytarılması ola bilər. R.Aslanlının sözlərinə görə, bu məbləğ 40 min nəfərdən çox əmanətçiyə məxsusdr.

Qeyd edək ki,  4 iyul 2016-cı il tarixindək yəni, bank sağlamlaşdırıcı (sanator) təyin edənə qədər ümumilikdə 260 mindən çox əmanətçisi vardı. Ötən 3 ay ərzində onlardan 220 min əmanətçinin pullları mərhələli şəkildə qaytarılıb.

260 milyon xarici valyuta birdən buraxa bilmərik və manatın vəziyyəti pisləşər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272