BANK

Banklar hesabatlarını açıqlamır – DEPUTATDAN ŞİKAYƏT
30 SENTYABR
432

Banklar hesabatlarını açıqlamır – DEPUTATDAN ŞİKAYƏT

2016-09-30 17:52:00

"Banklar maliyyə hesabatlarını vaxtında açıqlamalıdır. Vətəndaş da bu məlumatlarla tanış olmalıdır. Çünki, vətəndaşlar pullarını banklara qoyur, sonradan banklar bağlananda vətəndaşlar əziyyət çəkir".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bankların məlumatları açıqlaması təmin olunmalıdır ki, vətəndaş pulunu etibar etdiyi maliyyə təşkilatının vəziyyətini qiymətləndirə bilsin. 

Q. Həsənquliyev əlavə edib ki, sığorta şirkətləri də insanları həddindən çox incidir: "Sığorta şirkətləri avtomobili qəzaya uğrayan vətəndaşlara ödəniş etməkdən yayınır. Mənə bununla bağlı vətəndaşlardan çox sayda şikayətlər daxil olur. Mən özüm də bir neçə dəfə sığorta şirkətlərinin nümayəndələri ilə telefonla danışmışam. Ödənişin olunmamasının səbəbini soruşuram. Cavab verirlər ki, avtomobil köhnədir və sairə. İnsanları bu qədər incitmək olmaz. Hesab edirəm ki, sığorta şirkətlərinin bu cür fəaliyyətinin qarşısı alınmalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272