BANK

Kəskin devalyasiya olmayacaq – RƏY
30 SENTYABR
577

Kəskin devalyasiya olmayacaq – RƏY

2016-09-30 11:24:00

Manatın üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur, deyə iqtisadçı Samir Əliyev hesab edir.

Samir Əliyev "Facebook"da yazıb ki,  Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovun şərhlərindən sonra bu nəticəyə gəlib.

Onun sözlərinə görə, manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər.

"Şərhlərdən anladım ki. hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək", deyə S.Əliyev bildirib.

Bundan başqa. Ekspertin fikrincə, məmurların sözündən belə nəticəyə gəlmək olar ki. dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək. idxal müxtəlif üsullarla məhdudlaşdırılacaq, əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq.

"Manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz", deyə S.Əliyev düşünür. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274