BANK

“Xalq Bank” və “Dəmirbank”dan dollarla bağlı – YENİ QƏRAR
29 SENTYABR
869

“Xalq Bank” və “Dəmirbank”dan dollarla bağlı – YENİ QƏRAR

2016-09-29 12:26:00

Bu gün daha iki bank xarici valyuta satışına qoyulan limiti götürüb. Fins.az-ın məlumatına görə, söhbət “Xalq Bank” və “Dəmirbank”dan gedir. Banklardan fins.az-a verilən məlumata görə, sentyabr ayının 29-dan etibarən dollar və avro satışı üzrə qoyulan limit aradan qaldırılıb.

Qeyd edək ki, buna qədərə “Xalq Bank” xarici valyuta satışına 1000 dollara kimi limit qoymuşdu. “Dəmirbank” isə əvvəlcə 500 dollar, son bir neçə gündə isə 1000 dollar limitlə satış həyata keçirirdi. Hazırda ölkə üzrə limitsiz xarici valyuta satan bankların sayı 22-yə çatıb.

Bundan əlavə bəzi banklar dollar satışı üzrə limiti artırıb. İran Milli Bankının Bakı filialından fins.az-a bildirilib ki, bu gündən etibarən dollar satışı üzrə limit 500-dən 1000-ə kimi artırılıb. Avro satışı üzrə isə limit dəyişməyib. Belə ki, bank bir neçə gündür ki, avro satışını 1000 dollar limitlə həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275