BANK

Azərbaycan bankı 18%-lik əmanətə başladı – YÜKSƏK GƏLİR
28 SENTYABR
714

Azərbaycan bankı 18%-lik əmanətə başladı – YÜKSƏK GƏLİR

2016-09-28 15:42:00

Ölkənin aparıcı banklarından olan "AGBank” ASC yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün yeni əmanət növünü təklif edir.  Belə ki, bank “Yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. 

Yeni əmanət növünün faiz dərəcəsi 18 %-dir və bank sizə minimum 12 ay, maksimum 24  ay müddətlə 100 AZN başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Eyni zamanda müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı və ya  əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart rəsmiləşdirilir.

Məlumat üçün bildirək ki, AGBank-a qoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki,  2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir. Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzinə müraciət etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272