BANK

Daha bir bank dollar satışı limitini artırdı
28 SENTYABR 2016
1052

Daha bir bank dollar satışı limitini artırdı

2016-09-28 15:25:00

Bu gündən etibarən daha bir bank xarici valyuta satışını qoyulan limiti artırıb. Fins.az-ın məlumatına görə, söhbət “Dəmirbank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən xarici valyuta satışı üzrə limit 500 dollardan 1000 dollara kimi artırılıb. Bankdan eyni həcmdə avro da almaq olar.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Hazırda bank dolları  1.6150  manata alır, 1.6550 manata satır.Avro üzrə alış məzənnəsi 1.7930 manat,satış məzənnəsi 1.8580 manatla aparılır. Qeyd edək ki, bank dollar satışını sentyabr ayının 23-dən etibarən bərpa edib.Buna qədər isə bankda xarici valyuta satışı dayandırılmışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272