BANK

"Unibank"ın səhmdarları toplaşacaq
28 SENTYABR
230

"Unibank"ın səhmdarları toplaşacaq

2016-09-28 10:48:00

"Unibank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, Yığıncaq Oktyabrın 28-də, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında  yerləşən baş ofisində baş tutacaq.

Toplantıda səhmdarlar "Unibank"ın İdarə Heyətinin sədr müavininin təyin edilməsi məsələsini müzakirə edəcəklər.  

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275