BANK

İpoteka Fondu səhm buraxdı- YENİLİK
28 SENTYABR
365

İpoteka Fondu səhm buraxdı- YENİLİK

2016-09-28 10:38:00

“Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1 manat olan  307 238 671 ədəd adi səhmləri buraxılıb. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fin.az-a bildirib. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, adi səhmlərin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272