BANK

Neft Fondu dollar satdı – VALYUTA HƏRRACI
27 SENTYABR
416

Neft Fondu dollar satdı – VALYUTA HƏRRACI

2016-09-27 12:39:00

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Neft Fondu (DNF) növbəti valyuta hərracı keçirib. Fonddan fins.az-a verilən xəbərə görə, son hərracda  100 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Həmin vəsaitdən 70,2 milyon ABŞ dolları satılıb. Hərraca çıxarılan ABŞ valyutasını  20 bank alıb. 

DNF-dən bildiriblər ki, hərraclar vasitəsilə valyuta satışı il ərzində davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270