BANK

Mərkəzi Bank “Bank Standard”a əhəmiyyətli likvidlik verib
27 SENTYABR
325

Mərkəzi Bank “Bank Standard”a əhəmiyyətli likvidlik verib

2016-09-27 09:06:00

“Bank Standard” QSC-nin sağlamlaşdırılmasına başlanılıb və bütövlükdə digər bir dövlət bankı vasitəsilə Mərkəzi Bank əhəmiyyətli likvidlik verib.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda bu proses davam etdirilir.

“Təbii ki, əgər bu prosesə başlanılıbsa, bu o deməkdir ki, həmin proseslər gedir. Dövlət tərəfindən müəyyən addımlar atılıb. Bankda kəskin vəziyyət aradan qaldırılıb. Amma bütövlükdə Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankın sağlamlaşdırılması planı axtarılır. Bütövlükdə indi bankın vəziyyətinin tam strateji sabitləşdirilməsinin planı işlənilir”. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272