BANK

Elman Rüstəmov: “Manatın kəskin devalvasiyası gözlənilmir”
26 SENTYABR
547

Elman Rüstəmov: “Manatın kəskin devalvasiyası gözlənilmir”

2016-09-26 20:55:00

“Həm qlobal, həm də daxili amillər manatın məzənnəsinə təsir edir”. Fins.az APA-ya istinadən xəbər verir ki, bunu mərkəzi bankın sədri Elman Rüstəmov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb: “Məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir. Manatın məzənnəsi faktiki olaraq idarə olunan üzən məzənnə rejimi əsasında formalaşıb. Bir sıra amillər onun formalaşmasına təsir edir. Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq”.

Eləcə də bax: Devalvasiya nə zaman qaçılmazdır?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270