BANK

“Ernst
23 SENTYABR
580

“Ernst & Young” audit şirkəti ilə çalışan 7 bank hansıdır?

2016-09-23 14:54:00
“Ernst & Young” (EY) qərargahı İngiltərə-Londonda yerləşən və dünyanın ən nəhəng peşəkar xidmət şəbəkələri sayılan “Böyük Dördlük” şirkətlərindən biridir.
Gəlirlərinə görə "Deloitte" və "PWC"-dən sonra üçüncü,əməkdaşlarının sayına görə isə "Deloitte"-dən sonra ikincidir.
Təşkilat ayrı-ayrı ölkələrdə üzv şirkətlər və hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir və şirkətlərə vergi, konsaltinq və məsləhət, maliyyə auditi xidmətləri təklif edir.
“Ernst & Young”  şirkətinin nümayəndəliyi  20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. “Ernst & Young  Holdings (CIS)" şirkətinin Azərbaycan Respublikasındakı filialıdır.
E-mail: baku@az.ey.com
Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.
“Ernst & Young  Holdings” Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.
“Ernst & Young” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:

Bank

Bank ilə ardıcıl olaraq çalışma müddəti

AccessBank

2013-2015

Azər Türk Bank

2014-2015

Expressbank

2010-2015

Kapital Bank

2009-2015

Paşa Bank

2007-2015

VTB Bank Azərbaycan

2012-2013

Yapı Kredi Bank Azərbaycan

2014-2015

Mənbə: Banco
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271