BANK

9 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM
23 SENTYABR
322

9 bankın əmanətçilərinə verilən kompensasiya – SON RƏQƏM

2016-09-23 12:52:00
Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 sentyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 415 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 mln. 908 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 mln. 865 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 763 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 98 mln. 951 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 22 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 mln. 598 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 625 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 14 mln. 223 min manatdan artıq kompensasiya ödənilib.
22 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 870 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 886 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə fond tərəfindən 9 bank üzrə 258 mln. 60 min manatdan artıq kompensasiya ödənilib.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274