BANK

Monteneqrodakı Azərbaycan bankı adını dəyişdi
23 SENTYABR
454

Monteneqrodakı Azərbaycan bankı adını dəyişdi

2016-09-23 10:20:00

Bu ilin aprelində Monteneqroda bütün növ bank xidmətləri göstərməyə lisenziya alan «Azmont Banka» ASC adını dəyişib. Fins.az-ın xarici mətbuata itinadən məlumatına görə, ölkə kommersiya qurumlarının dövlət reyestri məlumat verir ki, sentyabrın 9-dan bank «Nova Banka AD Podgorica» adı ilə tanınacaq.

Bank kapitalının 100 faizi bu Balkan ölkəsində turizmlə bağlı iri sərmayə layihəsi icra edən «Azmont Investments» MMC-yə məxsusdur. Şirkət bankın kapitalına 11 milyon 980 min avro vəsait yatırıb.
Monteneqronun Mərkəzi Bankı açıqlayıb ki , bu ilin birinci yarısında «Azmont Banka» 217 min avro zərərlə işləyib.
«Azmont Investments» MMC-ni 2012-ci ildə SOCAR qurub. Şirkətin kapitalı 105 milyon avrodur. Daha sonra şirkətin aktivləri və onun üzərində nəzarət «Azerbaijan Global Investments» (AGI) şirkətinə (99.99 faiz) ötürülüb. İndi AGI-nin səhmdarları «Paşa Development», «AtaHolding» və «Synergy Group» şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272