BANK

20 gündən sonra dollar satmağa başladı – MƏBLƏĞ
22 SENTYABR
1632

20 gündən sonra dollar satmağa başladı – MƏBLƏĞ

2016-09-22 12:51:00
Sentyabr ayının 22-dən, yəni bu gündən daha bir bank dollar satışına başlayıb.Söhbət ölkənin əsas banklarından biri olan “Azərbaycan Beynəlxalq Bank”ından gedir. Bankdan fins.az-a verilən məlumata görə,bu gün səhər saatlarından etibarən dollar satışı bərpa edilib. Bank 500 dollar limitlə xarici valyuta satışına başlayıb. Dollarla yanaşı, eyni ekvivalentdə bankdan avro da almaq mümkündür.
Xatırladaq ki, bank sonuncu dəfə sentyabr ayının 1-də dollar satışı həyata keçirib. Son 20 gündə isə  bankda xarici valyuta satışı olmayıb.
Qeyd edək ki,  hazırda bankda dolların alış məzənnəsi 1,6004 manat, satışı isə 1.6984 manatdır. Avronu bank    1.7835 manata alıb,  1.9024 manata satır.  Yeri gəlmişkən bu Azərbaycan bankları arasında ən baha satış qiymətidir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274