BANK

“Nikoyl bank" Palata ilə razılaşdı - PROTOKOL
22 SENTYABR
570

“Nikoyl bank" Palata ilə razılaşdı - PROTOKOL

2016-09-22 15:35:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində “Nikoyl” bankın nizamnamə kapitalı daha 150 milyon manat həcmində artırılacaq. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq Palatadan bildirilib. Qurumdan bildirilib ki, kapitalın artırılması niyyəti ilə bağlı Palata ilə bankın əsas səhmdarı olan “Topaz İnvestment” arasında protokol imzalanıb. Bununla da “Nikoyl” bankın nizamnamə kapitalının həcmi 184,5 milyon manat təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275