BANK

Xarici valyuta satışı üzrə limit artdı – Banklardan açıqlama
21 SENTYABR
1352

Xarici valyuta satışı üzrə limit artdı – Banklardan açıqlama

2016-09-21 17:16:00

Bəzi banklar bu gündən etibarən  xarici valyuta satışına qoyulan limiti artırıb. Fins.az-ın məlumatına görə, söhbət “Nikoyl Bank”, “Bank Silk Vey”və Pakistan Milli Bankının Bakı filialından gedir. 

“Nikoyl Bank” artıq bu gündən etibarən 500 dollar deyil, xarici valyuta satışını limitsiz həyata keçirməyə başlayıb. “Bank Silk Vey” isə filiallar üzrə limiti 1000 dollardan 2000 dollara kimi artırıb. Pakistan Milli Bankının Bakı filialı isə bu gündən 500 dollar limitlə dollar satmağa başlayıb. Qeyd edək ki, sentyabrın 20-dən bank 300 dollar limitlə xarici valyuta satışı həyata keçirirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275