BANK

"Zolotaya korona" manatı qəbul etdi
21 SENTYABR 2016
555

"Zolotaya korona" manatı qəbul etdi

2016-09-21 15:27:00

“Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi ilə sıx əməkdaşlıq çərçivəsində “Azərpoçt” MMC tabeli müəssisələrindən olan Bakı və Sumqayıt Poçt Filiallarının poçt şöbələrində ödənişlər milli valyutada da qəbul ediləcək. Bu haqda Fins.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir. 
 
İndi “Zolotaya Korona” üzərindən xaricdə yaşayan qohum və tanışlara  Rus rublu, ABŞ dolları və avro ilə yanaşı manatla da pul göndərmək mümkündür. Bundan əvvəl pul göndərmək istəyən vətəndaşlar milli valyutanı qeyd edilən valyuta növlərinə dəyişmək məcburiyyətində qalırdılar. Bu da əlavə əziyyət və vaxt itkisi demək idi. İndi sistem manatla qəbul etdiyi valyutanı avtomatik dollar, avro və rubla özü konvertasiya edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296