BANK

Bu bank dollar satışını bərpa etdi
21 SENTYABR
616

Bu bank dollar satışını bərpa etdi

2016-09-21 15:01:00

“Naxçıvanbank” bu gündən, yəni  sentyabr ayının 21-dən etibarən  dollar satışına başlayıb. Fins.az-ın məlumatına görə, bank avqust ayının sonundan etibarən xarici valyuta satışını dayandırmışdı. Bankdan fins.az-a bildirilib ki, bu gündən etibarən 500 dollar limitlə xarici valyuta satışına başlanılıb. 

Xarici valyuta satışı üzrə limit artdı – Banklardan açıqlama  

“Nikoyl Bank” artıq bu gündən etibarən 500 dollar deyil, xarici valyuta satışını limitsiz həyata keçirməyə başlayıb. “Bank Silk Vey” isə filiallar üzrə limiti 1000 dollardan 2000 dollara kimi artırıb. Pakistan Milli Bankının Bakı filialı isə bu gündən 500 dollar limitlə dollar satmağa başlayıb. Qeyd edək ki, sentyabrın 20-dən bank 300 dollar limitlə xarici valyuta satışı həyata keçirirdi.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274