BANK

Azərbaycan uçot dərəcəsinə görə dünyada neçəncidir?
19 SENTYABR
536

Azərbaycan uçot dərəcəsinə görə dünyada neçəncidir?

2016-09-19 16:35:00

Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 

Uçot dərəcəsi həmçinin pul siyasəti alətidir. Bu faiz dərəcəsini müəyyən etməklə Mərkəzi Bank dövriyyədə olan pul kütləsini tənzimləyir.

Mərkəzi bank yumşaq pul siyasəti yürüdərkən uçot dərəcəsini aşağı salır. Bu zaman banklar aşağı faizlə daha çox kredit əldə edirlər və əhaliyə daha çox kredit vermək imkanı əldə edirlər. Bu zaman dövriyyədəki pul kütləsi artır. Bu siyasətin əsas məqsədi tələbi artırmaq və iqtisadiyyatı canlandırmaqdır.

Sərt pul siyasəti zamanı Mərkəzi Bank uçot faiz dərəcəsini artırır. Məqsəd isə inflyasiyanı tənzimləmək və pul kütləsini azaltmaqdır. Həmçinin, Mərkəzi Bank müxtəlif qiymətli kağızlar sataraq dövriyyədəki pulu azaltmağa çalışır.

Ölkəmizdə isə hal-hazırda uçot faiz dərəcəsi Mərkəzi Bank tərəfindən artırılır. 08.08.2016 tarixindən uçot dərəcəsi 7%-dən 9,5%-ə qaldırılmışdı, 14.09.2016 tarixindən isə
15% olaraq qəbul olundu.

Göründüyü kimi, Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir. Bunun bir çox səbəbi ola bilər. Bayaq da qeyd etdiyimiz kimi dovriyyədəki pul kütləsini azaltmaq və inflyasiya dərəcəsini aşağı salmaq, həmçinin, milli valyutanın xarici valyutaya nisbətən dayanıqlılığını təmin etmək əsas səbəblərdən biri ola bilər.

Sərhəd və digər maraqlı ölkələrin uçot dərəcələrini araşdırdıq. Aşağıdakı cədvəldən bu göstəricilərlə tanış ola və müqayisə apara bilərsiniz:

Ölkə

Uçot faiz dərəcəsi

(%)

Aşağı həddi

(%)

Yuxarı həddi

(%)

Yaponiya

-0,1

-0,1

9

İngiltərə

0,25

0,25

17

ABŞ

0,5

0,25

20

Çin

4,35

4,35

10,98

Gürcüstan

6,5

3,75

12

Türkiyə

7,5

4,5

500

Özbəkistan

9

9

300

Russia

10

5

17

Qazaxıstan

13

5,5

300

Azərbaycan

15

12

18

Ukrayna

15

6,5

300

Belarus

18

10

480

İran

20

10

22

Azərbaycanda uçot dərəcəsi 15%-dir və bu göstərici Əfqanıstan, Monqolustan, Ukrayna və Yəmən ilə eynidir. Yüksəkliyinə görə isə dünya ölkələri arasında 13-cü yerdədir.

Avropa ölkələrinin əksəriyyətində uçot dərəcəsi 0%-ə bərabərdir. Ən yüksək uçot faiz dərəcəsi Argentinada 27,25%, ən az isə İsveçrədə -0,75%-dir.

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275