BANK

Daha iki bank limitsiz dollar satışına başlayıb
19 SENTYABR
1381

Daha iki bank limitsiz dollar satışına başlayıb

2016-09-19 15:33:00
Daha iki bank xarici valyuta satışına limiti bu  gün aradan qaldırıb. Fins.az-ın məlumatına görə, “Bank Avrasiya”   və “Zıraat Bank (Azərbaycan)” bu gündən etibarən limitsiz dollar satışına başlayıb.
 
Qeyd edək ki, sentyabr ayının 16-da “Bank Avrasiya” cəmi 200 dollar limitlə satış həyata keçirirdi. Bankda avro satışına qoyulan limit də eyni idi.
 
“Zıraat Bank (Azərbaycan)”  isə sentyabrın 16-da 500 dollar limitlə satış həyata keçirmişdi.
 
Bəzi banklar isə  dollar satışına bu gündən limit tətbiq edib. “Bank Silk Vey”dən fins.az-a verilən məlumata görə, baş ofisdə xarici vayluta satışı limitsiz həyata keçirilsə də, filiallarda dollar satışı məhdudlaşdırılıb. Belə ki,  bankın filiallarından dollar almaq istəyən bir müştəriyə maksimum 1000 dollar  satılır. Avro satışı üzrə də eyni limit tətbiq  edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270