BANK

Uşaqlarını da girov qoya bilərdilər - KREDİTLƏR BARƏDƏ MARAQLI FAKTLAR
18 SENTYABR
536

Uşaqlarını da girov qoya bilərdilər - KREDİTLƏR BARƏDƏ MARAQLI FAKTLAR

2016-09-18 23:58:00
Bu faktları hər kəs bilməlidir
 
Son zamanlar ən çox istifadə edilən sözlər arasında "bank" və "kredit" daha çox yer almağa başlayıb. Bankın xidmətlərindən istifadə etməyən insan çətin ki, tapılar.
 
Fins.az aktuallığı nəzərə alaraq banklar və kreditlər haqqında ən maraqlı faktları təqdim edirik:
 
1. İlk kreditlər Assuriya, Babil və Misirdə yaranıb.
 
2. Qədim Yunanıstanda kredti verənlər onlara borclu olan şəxslərin torpaqlarında "hypothéke" yazısını yerləşdirirdilər. Bu isə borcun ödənilməyəcəyi halda torpağın kredit verənin nəzarətinə keçəcəyini bildirir.
 
 
3. Dünyanın ən qədim bankı İtaliyada yerləşən "Banca Monte dei Paschi di Siena"dır.
 
 
4. Kredit haqqında ilk reklam 1730-cu ildə Kristofer Tornton tərəfindən hazırlanıb. O, istehlakçılara mebel almağı və həftəlik ödəniş etməyi təklif edib.
 
5. Hammurapi qanunlarına görə, babillilər kredit götürərkən övladlarını girov qoya bilərdilər.
 
 
6. Qədim Romada borcunu verməyən şəxs həbs edilirdi və o, bir ayda ərzində məbləğ ödənildiyi halda azad edilə bilərdi.
 
7. İstehlak kreditləri bu gün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə ən geniş yayılmış maliyyə xidmətidir. Təkcə Avropa əhalisi bir ildə 166 milyard avro kredit götürür.
 
 
8. Dünya banklarının əksəriyyətində arzuolunmaz müştərilər siyahısı var. Bu siyahıya jurnalistlər, hüquqşünaslar, fərdi sahibkarlar, hərbi qulluqçular, hakimlər daxildir.
 
Mənbə: ann.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275