BANK

Əmanətlərin qorunmasında mühüm dəyişiklik - FAİZLƏR DƏYİŞDİ
16 SENTYABR
1362

Əmanətlərin qorunmasında mühüm dəyişiklik - FAİZLƏR DƏYİŞDİ

2016-09-16 16:40:00
16.09.2016 Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2016-cı ilin sentyabr ayının 16-dan etibarən milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırlıb.
 
Fonddan verilən məlumata görə, 16 sentyabr 2016-cı il tarixindən etibarən üzv banklarda milli valyutada əmanətlər üzrə illik faiz dərəcəsi 15%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
 
Xatırladaq ki, xarici valyutada yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi 3%-dir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
 
Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 16 sentyabr 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən: www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.
 
Mənbə: Marja
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272