BANK

Qorunan əmanətlərin sığortalanma faizi qaldırılıb - BANKİRDƏN AÇIQLAMA
16 SENTYABR
860

Qorunan əmanətlərin sığortalanma faizi qaldırılıb - BANKİRDƏN AÇIQLAMA

2016-09-16 14:20:00

Azərbaycanda banklarda milli valyuta ilə yerləşdirilən əmanətlərin sığortalanma faizi bu 12%-dən 15%-ə qaldırılıb. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

“Qorunan əmanətin yuxarı dərəcəsi 15%-ə qaldırılıb”, - deyə Z.Nuriyev bildirib.

1 mart 2016-cı ildən etibarən Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, qorunan əmanətçinin qorunan əmanətinin məbləğinə məhdudiyyətlər aradan qaldırılır. Hazırda sığorta sistemi əhalinin 30 min manatadək və dərəcəsi illik 12%-dən artıq olmayan əmanətlərinə şamil edilir.

Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” qanuna müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır.

ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271