BANK

“Fitch” "DəmirBank"ın reytinqini yeniləyib
15 SENTYABR
445

“Fitch” "DəmirBank"ın reytinqini yeniləyib

2016-09-15 19:47:00

“Fitch Rating” DəmirBank-ın qısamüddətli reytinqini 'B' olaraq saxlayıb, uzunmüddətli reytinqini isə 'B-' olaraq yeniləyib.“Fitch Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı banklarından biri olan DəmirBank-ın xarici valyutada olan qısamüddətli reytinqini 'B' olaraq təsdiqləyib.

Fins.az-ın məlumatına görə, son dəyişiklikdən sonra “Fitch Ratings” üzrə DəmirBank-ın göstəriciləri aşağıdakı kimidir:

Xarici valyutada uzunmüddətli IDR: 'B-', RWN Xarici valyuta qısamüddətli IDR: 'B', RWN Dayanıqlılıq reytinqi: ‘ccc’, RWN Dəstək reytinqi: '5' Uzunmüddətli IDR-in dəstək reytinqi: 'No Floor'

Qeyd etmək lazımdır ki, “Fitch Ratings” agentliyi son reytinq qiymətləndirilməsini apararkən DəmirBank-ın nizamnamə kapitalının 50 000 000 manat artırılması qərarını nəzərə alınmayıb. Bu qərar DəmirBankın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Kapitalın artırılması DəmirBankın uzunmüddətli dayanıqlı inkişafına xidmət etməklə yanaşı, reytinq göstəricilərinin də yaxşılaşmasına səbəb olacaqdır.

DəmirBank-ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272