BANK

"NİKOYL" Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
15 SENTYABR
387

"NİKOYL" Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

2016-09-15 18:47:00

"NİKOYL" bankın səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək dəyişilməsi və şuranın tərkibinin aşağıdakı qaydada formalaşdırılması qərarı qəbul edilib:

Müşahidə Şurasının sədri - Xəlilov İsgəndər Ağasəlim oğlu

Müşahidə Şurasının üzvləri:

- Kulişova Marina Valeryevna

- Sazanov Aleksey Valeryeviç

- Suxoruçkin Pavel Aleksandroviç

- Novikov Roman Vitalyeviç

Xatırlatmaq istərdik ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edilmişdir. "NİKOYL" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271