BANK

Bir neçə bankın bağlanacağı xəbərinə – PALATADAN AÇIQLAMA
15 SENTYABR
1418

Bir neçə bankın bağlanacağı xəbərinə – PALATADAN AÇIQLAMA

2016-09-15 15:45:00
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbayanda bir neçə bankın bağlanacağı barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasına münasibət bildirib. Palatadan fins.az-a bildirilib ki, hazırda heç bir bankın bağlanması gözlənilmir: «Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. BVF-nin hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır».
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275