BANK

Azərbaycanda daha bir neçə bank bağlanacaq - BVF-nin PROQNOZU
15 SENTYABR
2384

Azərbaycanda daha bir neçə bank bağlanacaq - BVF-nin PROQNOZU

2016-09-15 12:55:00

Azərbaycanda bankların bağlanma prosesi davam edəcək. Beynəlxalq Valyuta Fondu (BVF) belə hesab edir.

BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib.

«Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub. Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir», - deyə hesabatda qeyd olunur.

BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22%-i 3-cü qrupa daxil olan bankların payına düşür.

Xəbər verildiyi kimi, yanvar-iyul aylarında respublikada tənzimləyici tərəfindən 10 bankın lisenziyası ləğv edilib.

Hazırda Azərbaycanda 34 bank fəaliyyət göstərir.

Mənbə: "İnterfaks-Azərbaycan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274