BANK

Beynəlxalq Bank SOCAR-a 100 mln. kredit verib
15 SENTYABR
324

Beynəlxalq Bank SOCAR-a 100 mln. kredit verib

2016-09-15 12:43:00

SOCAR respublikada qazlaşdırma işlərinin aparılması üçün 100 mln. manat məbləğində əlavə kredit cəlb edib. Bu barədə bu gün jurnalistlərə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

"Biz Azərbaycan Beynəlxalq Bankından (ABB) 198 mln. manat cəlb etməyi planlaşdırırdıq. Nəticədə 100 mln. manat cəlb etdik. Qalan məbləğin cəlb edilməsi ilə bağlı məsələ hələ ki, açıq qalır, hər şey Azərbaycan banklarının imkanlarından asılıdır", - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.

Vitse-prezident qalan vəsaitin 2017-ci ildə cəlb ediləcəyini istisna etməyib.

Bundan əvvəl SOCAR respublikada qazlaşdırma işlərinin aparılması üçün Mərkəzi Bankdan 10 il müddətinə 472 mln. manat cəlb edib və bu məbləğ tam istifadə olunub.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.*

Mənbə: "İnterfaks-Azərbaycan"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272