BANK

Beynəlxalq Bankda dövlətin payı 95%-dək artacaq - AÇIQLAMA
15 SENTYABR
437

Beynəlxalq Bankda dövlətin payı 95%-dək artacaq - AÇIQLAMA

2016-09-15 11:08:00

2016-cı ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalında Maliyyə Nazirliyinin payı 95%-dək artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın IV maddə üzrə icmalına dair hesabatında deyilir.

BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib.

«2015-ci ilin sonunadək bankın kapitalında Maliyyə Nazirliyinin payı 85%-dək artıb. 2016-cı ildə bankın 500 mln. manat məbləğində kapitallaşması başa çatdıqdan sonra nazirliyin payı 95%-dək artacaq», - deyə hesabatda bildirilir.

"Bununla yanaşı, əsas məqsəd 5 il ərzində ABB-nin tam özəlləşdirilməsidir", - deyə qeyd olunur.

Prezident İlham Əliyev 2015-ci il iyulun 15-də ABB-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə əlaqədar fərman imzalayıb.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275