BANK

BVF: Devalvasiya bankların balans hesabatına mənfi təsir edib
15 SENTYABR
299

BVF: Devalvasiya bankların balans hesabatına mənfi təsir edib

2016-09-15 10:34:00
Aşağı neft qiymətləri və bundan irəli gələn manatın devalvasiyası neft bumu dövründə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün hazırda bir sıra problemlər yaradıb. Lakin bu problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti bir sıra addımlar atır.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə açıqladığı proqnozda deyilir.
 
Fond qeyd edir ki, valyuta ehtiyatların azalması və xarici şokların güclənməsi Azərbaycan Mərkəzi Bankını (AMB) manatı iki dəfə devalvasiyaya uğratmağa məcbur edib: "Devalvasiya rəqabət mühitinin yaxşılaşdırmağa yardım etsə də, bankların balans hesabatına mənfi təsir edib, dollarlaşma səviyyəsinin artırıb. Tənzimləyicinin müdaxiləsi ilə problemli banklar bağlanıb, iri dövlət bankları restrukturizasiya olunub. Bununla yanaşı, tənzimləyici maliyyə nəzarətini gücləndirərək, sektorda islahatları sürətləndirib. Tənzimləyici tərəfindən dolların satışına limit qoyulub".
 
Bildirilir ki, dövlət sektorunda çalışanların əmək haqqı, o cümlədən pensiyalar və sosial müdafiə xərcləri artırılıb.
 
"İnflyasiya təzyiqlərini aradan qaldırmaq üçün AMB uçot dərəcəsini 15%-dək qaldırıb", - deyə sənəddə deyilir.
 
Sənəddə deyilir ki, fondun rəhbərliyi Azərbaycan iqtisadiyyatının aşağı neft qiymətlərinə uyğunlaşdırmaq istiqamətində hökumətin atdığı addımları alqışlayır: "Buna baxmayaraq, çətin xarici mühit yaxın dövrdə makroiqtisadi göstəricilərə təzyiq edə bilər. Makroiqtisadi və maliyyə sabitliyini təmin etmək, o cümlədən özəl sektora əsaslanan iqtisadiyyatı inkişaf etdirmək üçün islahatlara önəm verilməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274