BANK

Azərbaycanda inflyasiya üzrə proqnozlar yaxşılaşdı
15 SENTYABR
290

Azərbaycanda inflyasiya üzrə proqnozlar yaxşılaşdı

2016-09-15 10:29:00

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı il üçün Azərbaycanda orta illik inflyasiyanı 10,2%, 2017-ci il üçün - 8,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə Fonddan məlumat verilib.

Bundan öncə Fond 2016-cı il üçün Azərbaycanda orta illik inflyasiyanı 12,8%, 2017-ci il üçün 9,5% proqnozlaşdırırdı.

Fondun qiymətləndirməsinə əsasən, 2018-2020-ci illərdə Azərbaycanda inflyasiya templərinin azalması tendensiya qalacaq. Bu dövrdə orta illik inflyasiya müvafiq olaraq 4,2%, 4,1% və 4% səviyyəsində gözlənilirdi.

2016-ci üçün BVF Azərbaycanda resessiya proqnozunu 2,4% səviyyəsində saxlayıb. Bununla belə, cari il qeyri-neft sektorunda azalma 3,6% təşkil edəcək. Neft sektorunda da 0,4% səviyyəsində azalma gözlənilir.

2017-ci ildən başlayaraq, Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirəcək. Xüsusilə, gələn il üçün ÜDM-in artımı 1,4%, 2018-ci il üçün - 1,8%, 2019-cü il üçün - 2%, 2020-ci il üçün - 3,4% səviyyəsində proqnozlaşdırılır.

Bununla yanaşı, gələn il qeyri-neft sektoru 2,4%, 2018-ci il üçün - 1,8%, 2019-cü il üçün - 2%, 2020-ci il üçün - 3,4% artım nümayiş etdirəcək.

2017-ci ildə neft ÜDM-in azalması 0,1% səviyyəsində gözlənilir. Lakin, artıq 2018-ci ildə neft ÜDM-in artımı 3%, 2019-cu il üçün - 4,3%, 2020-ci il üçün - 1% səviyyəsində proqnozlaşdırılır.

2016-cı il üçün Azərbaycan hökuməti ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsinhdə proqnozlaşdırır.

2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,1%, inflyasiya 4% təşkil edib. 

(İnterfaks-Azərbaycan)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275