BANK

Bir ayda bank müştərilərinin sayı 329,421 min azalıb - STATİSTİKA
14 SENTYABR
576

Bir ayda bank müştərilərinin sayı 329,421 min azalıb - STATİSTİKA

2016-09-14 17:57:00

Banklar müştəri hesablarının sayını 7% - 15 mln. 100,44 minə qədər azalıb. Mərkəzi Bankın məlumatına görə, təkcə bu ilin iyul ayında bankların müştəri hesabları 505,112 min və ya 3,2% düşüb. 

Bununla yanaşı, bankların cari müştəri hesablarının sayı 12 mln. 275,699 min (7 ay ərzində azalma 3%), kredit hesablarının sayı 2 mln. 430,703 min (azalma 22,1%), depozit hesablarının sayı 394,038 min (azalma 14,5%) təşkil edib.

AMB-nin məlumatına görə, hesabat dövründə bankların müştərilərinin sayı 5,4% - 5 mln. 407,136 minə qədər azalıb. İyul ayında isə banklar müştərilərin sayını 329,421 min azaldıblar.

Bankların müştəri bazasının böyük hissəsi fiziki şəxslərdən formalaşır. 2016-cı il avqustun 1-nə 5 mln. 336,187 min (azalma 4,9%), o cümlədən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 170,687 min (azalma 5,8%) təşkil edir.

Bundan başqa, 70,949 min hüquqi şəxs (azalma 35,1%) bankların müştəriləridir. İyulda bankların müştəriləri olan hüquqi şəxslərin sayı 15,674 min azalıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272