BANK

Banklar 2,73 min pos-terminalı şəbəkədən çıxarıblar
14 SENTYABR
260

Banklar 2,73 min pos-terminalı şəbəkədən çıxarıblar

2016-09-14 17:09:00

2016-cı il avqustun 1-nə ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında da azalma qeydə alınıb. Belə ki, onların sayı 70,492 min ədəd (azalma 12,2%) olub. Həmçinin cari ilin iyul ayında banklar ticarət və xidmət obyektlərindən 2,73 min pos-terminalı yığışdırıblar. Hazırda Bakıda 39,57 min ədəd (azalma 19,1%), regionlarda 30,922 min ədəd (azalma 1,4%) pos-terminal mövcuddur.

Eyni zamanda, Azərbaycanda banklar tərəfindən 2,535 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 5,9% azdır. Mərkəzi Bankın məlumatına görə,  Bakıda 1,396 min ədəd (azalma 7,1%), regionlarda 1,139 min ədəd bankomat (azalma 4,4%) quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275