BANK

Maliyyə Palatasında bank rəhbərləriylə - GÖRÜŞ
14 SENTYABR
592

Maliyyə Palatasında bank rəhbərləriylə - GÖRÜŞ

2016-09-14 16:50:00
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların rəhbərləri görüş keçirilib. Palatadan fins.az-a verilən məlumata görə, görüşdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə müzakirə edilib.
           
Görüşdə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq hesabatlığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət sistemlərinin daha da təkmilləşdirilməsi, komplayens departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və digər əlaqədar məsələlər barədə müzakirələr aparılıb.
 
Görüşdə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlıq statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılmış, bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272