BANK

Əhalinin xarici valyutada bank əmanətləri 81%-ə çatıb
14 SENTYABR
280

Əhalinin xarici valyutada bank əmanətləri 81%-ə çatıb

2016-09-14 11:34:00

2016-cı ilin yanvar-iyul aylarında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,3% - 6 mlrd. 337,8 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 80,8% azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.

AMB-nin məlumatına görə, yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 6% - 1 mlrd. 506 mln. manatadək və ya bütün əmanətlərin 19,2% artıb.

1 avqust 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 mlrd. 851,7 mln. manat, qeyri-rezidentlərin - 992,1 mln. manat təşkil edib. Bununla belə, 2016-cı ilin 7 ayı ərzində rezidentlərin əmanətləri 16,8%, qeyri-rezidentlərin - 19,5% azalıb.

Bütövlükdə, 1 avqust 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 23 mlrd. 248,9 mln. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bununla belə, iyunda banklarda əmanət və depoazitlərin həcmi 117,9 mln. manat və 0,5% azalıb.

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275