BANK

Manatla kredit qoyuluşları - AZALIB
14 SENTYABR
404

Manatla kredit qoyuluşları - AZALIB

2016-09-14 10:10:00

2016-cı ilin yanvar-iyul aylarında avqustun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23,1% - 16 mlrd. 713,4 mln. manata qədər azalıb. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

2016-cı il avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 504,4 mln. manat (azalma 0,3%) və ya bütün kreditlərin 9%-ni təşkil edir.

Avqustun 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 417,8 mln. manat (azalma 25,7%) və ya bütün kreditlərin 32,4%-i, özəl banklar tərəfindən 10 mlrd. 784,5 mln. manat (azalma 22,3%) və ya bütün kreditlərin 64,5%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

İyunun sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 643,5 mln. manat (azalma 21,4%) milli valyuta, 8 mlrd. 69,9 mln. manat (azalma 24,8%) xarici valyuta ilə verilib. 7 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 48,3% təşkil edir.

Cari ilin avqust ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 565,3 mln. manat (bütün kreditlərin 15,3%-i) ticarət və xidmət sahələrinin, 371,6 mln. manat (2,2%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 400,1 mln. manat (2,4%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 18,9 mln. manat (12,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 mlrd. 307,1 mln. manat (7,8%) sənaye və istehsal sektorunun, 1 mlrd. 156,6 mln. manat (6,9%) nəqliyyat və rabitə sahələrinin, 6 mlrd. 237,4 mln. manat (37,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-iyul aylarında ev təsərrüfatı sahəsinin kreditləşməsi üzrə bankların portfeli 25,6% azalıb.

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272