BANK

Azərbaycanda uçot dərəcəsi - KƏSKİN ARTDI
14 SENTYABR
2606

Azərbaycanda uçot dərəcəsi - KƏSKİN ARTDI

2016-09-14 09:44:00

2016-cı il sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15% təşkil edir. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Xəbər verildiyi kimi, sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilib və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılıb.

"Mərkəzi Bankın qərarı ilə sentyabrın 14-dən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb”, - deyə bankdan bildirilib.

Uçot dərəcəsinin yüksəldilməsi barədə qərar antiinflyasiya tədbirləri çərçivəsində qəbul olunub. "Bu zaman tədiyə balansı ilə bağlı vəziyyət və valyuta bazarında tendensiyalar da nəzərə alınıb”, - deyə məlumatda vurğulanır.*

Mənbə: “İnterfaks-Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275