BANK

Bağlanan bankların əmanətçilərinə 252 mln. manat qaytarılıb
10 SENTYABR
388

Bağlanan bankların əmanətçilərinə 252 mln. manat qaytarılıb

2016-09-10 11:29:00

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 9 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 mln. 198 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 906 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 mln. 800 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 763 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 93 mln. 667 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan verilən məlumata görə, 9 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 mln. 146 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 mln. 673 min manatdan artıq kompensasiya ödənilib.

9 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 723 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 739 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 mln. 79 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275